SON XƏBƏRLƏR

CENTCOM: Sutka ərzində Hörmüz vasitəsilə 17 milyon bareldən çox neft daşınıb

2026.06.20, 20:42
CENTCOM: Sutka ərzində Hörmüz vasitəsilə 17 milyon bareldən çox neft daşınıb

Sutka ərzində Hörmüz boğazından dünya bazarlarına 17 milyon bareldən çox neft və digər yüklər daşıyan 55 ticarət gəmisi keçib.

Gunaz.tv

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir.

Məlumata görə, Amerika Silahlı Qüvvələri gəmiçilik azadlığını dəstəkləmək məqsədilə boğaz ərazisində fəaliyyətini davam etdirir.

"ABŞ Silahlı Qüvvələri İranla razılaşmanın bütün aspektlərinə riayət edilməsini, onun icrasını, tam qüvvəyə minməsini təmin etmək üçün öz mövcudluğunu və sayıqlığını qoruyub saxlayır", - bəyanatda qeyd olunur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar