SON XƏBƏRLƏR

Qalibaf və Əraqçi İsveçrəyə yollandılar

2026.06.20, 22:25
Qalibaf və Əraqçi İsveçrəyə yollandılar

İranın danışıqlar heyəti ABŞ ilə görüşlər üçün İsveçrəyə gedib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran mediası İranın danışıqlar heyətinin Məhəmmədbaqir Qalibafın rəhbərliyi və Abbas Əraqçinin iştirakı ilə ABŞ ilə keçiriləcək danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollandığını xəbər verib.

Məlumatlara əsasən, Mərkəzi Bankın sədri Əbdülnasir Himməti və Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri Kəni də bu səfərdə iştirak edirlər.

Xarici işlər nazirinin müavini Kazım Qəribabadi, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi və neft nazirinin müavini Həmid Burd da İsveçrəyə yollanan İran heyətinin digər üzvləridir.

Bu xəbərin yayılmasından əvvəl İsmayıl Bəqayi Livandakı müharibənin davam etməsini İran və ABŞ arasında imzalanmış “anlaşmanın açıq şəkildə pozulması” adlandırmış və İran heyətinin qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsini izləmək və tələb etmək üçün İsveçrəyə gedəcəyini bildirmişdi.

Əvvəlki məlumatlara görə, Stiv Vitkoff da Cared Kuşner və ABŞ-ın danışıqlar qrupuna qoşulmaq üçün İsveçrəyə yollanıb.

Eyni zamanda ABŞ vitse-prezidenti Cey Di Vens şənbə günü bildirib ki, o da “yaxın bir neçə gün ərzində” İsveçrəyə səfər edə bilər.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar