SON XƏBƏRLƏR

Pezeşkian: Amerikanın yeganə tələbi atom bombasına sahib olmamağımızdır

2026.06.21, 16:46
Pezeşkian: Amerikanın yeganə tələbi atom bombasına sahib olmamağımızdır

İran prezidenti ABŞ-la imzalanan razılaşmanın bütün maddələrinin Tehranın xeyrinə olduğunu iddia edib.

Gunaz.tv

Gunaz.tv xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ABŞ-la aparılan danışıqlara və imzalanmış razılaşmaya münasibət bildirərək, sənədin bütün maddələrinin İranın maraqlarına uyğun olduğunu deyib.

Pezeşkian bildirib: “Amerikanın yeganə tələbi bizim atom bombasına sahib olmamağımızdır. Şəhid lider də dəfələrlə demişdi ki, biz atom bombası istəmirik. Amerika dedi ki, bunu yazın və imzalayın, biz də imzaladıq.”

O əlavə edib ki, İran uranın zənginləşdirilməsi hüququndan geri çəkilməyəcək və qarşı tərəf də bunu qəbul etməyə məcburdur.

Pezeşkian deyib: “Qaydalar dəyişib və bu dəyişiklik SEPAH-ın hava-kosmik qüvvələrinin, ordunun səyləri və xalqın meydandakı iştirakı nəticəsində baş verib.”

İran və ABŞ arasında danışıqlar bazar günü səhər İsveçrədə başlayıb. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, İran nümayəndə heyəti əvvəlcə vasitəçi ölkələr olan Pakistan və Qətər, eləcə də ev sahibi İsveçrə nümayəndələri ilə görüşüb.

Məlumata əsasən, bu görüşlərdən sonra İran və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli iclas keçiriləcək.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar