SON XƏBƏRLƏR

Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib

2026.06.22, 09:58
Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib

"G7" sammitinin iştirakçıları ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə təsir göstərə biliblər, artıq bu mövqe dəyişib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makron "France 2" telekanalına müsahibəsində bildirib.

"[Ukrayna Prezidenti Volodimir] Zelenski ilə Tramp arasında baş tutan müzakirənin keyfiyyəti, həmçinin onun seçilməsindən bəri ilk dəfə mövqelərin yaxınlaşması və Avropa ölkələri, Kanada, Yaponiya və ABŞ arasında əldə olunmuş konsensus son günlərin mühüm nailiyyətləridir", - Fransa lideri vurğulayıb.

Onun fikrincə, "Böyük Yeddilik" sammiti Vaşinqtonun mövqeyinin dəyişdiyi həmin hadisəyə çevrilib. Makron qeyd edib ki, Tramp artıq Ukraynanın münaqişədə uduzduğunu hesab etmir.

"Və mən gördüm ki, prezident Tramp və onun dövlət katibi [Marko] Rubio hansı məsələlərdə irəli getməyə hazır olduqlarını və [münaqişənin nizamlanması üzrə gələcək] müzakirənin şərtlərinin nədən ibarət olduğunu tamamilə aydın şəkildə ifadə etdilər", - Fransa Prezidenti əlavə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar