SON XƏBƏRLƏR

İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı

2026.06.23, 10:23
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı

İndiyə qədər "Düşmən Dövlətlərlə Əməkdaşlıq üçün Cəzaların Gücləndirilməsi Qanunu" çərçivəsində 3292 nəfər həbs edilib və bu məsələ ilə bağlı 1061 ittiham aktı çıxarılıb.

Gunaz.tv

Bunu İran Məhkəməsinin sözçüsü Əsgər Cahangir deyib.

"Bunlardan 684 nəfər İsrailin lehinə əməliyyat tədbirləri görmüb, 657 nəfər iqtisadi, maliyyə və ya texnoloji əməkdaşlıq edib, 201 nəfər İsraillə əməkdaşlıq edib və yardım göstərib, 1258 nəfər isə siyasi və ya təbliğat və media fəaliyyətlərində əməkdaşlıq edib",- o bildirib.

Cahangir, müsadirə etmək üçün həmin şəxslərin çoxunun əmlak və aktivlərinin müəyyən edildiyini və qalan əmlakıların da müəyyənləşdirilməsi üçün prosesin davam etdiyini qeyd edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar