SON XƏBƏRLƏR

İranda saxlanılan dörd ukraynalı dənizçi azad edilib

2026.06.24, 18:35
İranda saxlanılan dörd ukraynalı dənizçi azad edilib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyi İran tərəfindən saxlanılan dörd ukraynalı dənizçinin azad olunduğunu və ölkələrinə qayıtdığını açıqlayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib ki, həmin şəxslər İranın aprel ayında Hörmüz boğazında saxladığı “Epaminondas” konteyner gəmisinin heyət üzvləri olublar.

Onun sözlərinə görə, Ukraynanın Yunanıstandakı səfirliyi gəminin sahibi və digər əlaqədar tərəflərlə təmasda olaraq dənizçilərin azad edilməsi və vətənə qaytarılması üçün çalışıb.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, azad olunan dörd dənizçi sağlam vəziyyətdə Ukraynaya qayıdıb.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar