SON XƏBƏRLƏR

Albaniya İran tərəfdarı olan din xadiminin ölkəyə girişini qadağan etdi

2026.06.25, 21:32
Albaniya İran tərəfdarı olan din xadiminin ölkəyə girişini qadağan etdi

Kosovolu ruhaniyə Albaniyaya giriş 15 il müddətinə qadağan olunub.

Gunaz.tv

Gunaz.tv xəbər verir ki, Albaniya hökuməti İran tərəfdarı kimi tanınan kosovolu din xadimi İkballə Hudutinin ölkəyə girişini 15 il müddətinə qadağan edib.

Albaniya rəsmiləri bu qərarın səbəbini “milli təhlükəsizlik və ictimai asayiş üçün təhdid” kimi izah ediblər. Huduti son vaxtlar Tiranada tikinti layihəsinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etmişdi.

Albaniyanın Baş naziri Edi Rama onu nifrət yaymaqda, insanları hökumətə qarşı qızışdırmaqda və İranın siyasətlərini dəstəkləməkdə ittiham edib. Rama həmçinin Hudutinin İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla çəkilmiş şəkillərini paylaşıb.

Huduti qərara cavab olaraq bildirib ki, etiraz aksiyalarında iştirakı “vətənpərvərlik və vətəndaşlıq motivləri” ilə bağlı olub və heç bir şəxsi maraq və ya düşmənçilik məqsədi daşımayıb.

Bu kosovolu din xadimi daha əvvəl də Qasım Süleymanini açıq şəkildə müdafiə etməsi ilə gündəmə gəlmişdi. O, 2020-ci ildə Kosovoda saxlanılmış, lakin sonradan kifayət qədər sübut olmadığı üçün bəraət almışdı.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar