SON XƏBƏRLƏR

Monteneqro polisi axtarışda olan iranlını həbs etdi

2026.06.26, 10:53
Monteneqro polisi axtarışda olan iranlını həbs etdi

kiberhücumlar törətməklə ABŞ infrastrukturuna təxminən 3,4 milyard dollar ziyan vurmaqda ittiham olunan İran vətəndaşı iyunun 25-də Monteneqroda həbs edilib.

Gunaz.tv

Bu barədə Monteneqro polis məlumat yayıb.

“2013-cü ildən bəri o, ABŞ-da 150-dən çox universitetə ​​qarşı genişmiqyaslı kiberhücumlar həyata keçirib və təxminən 3,4 milyard dollar ziyan vurub”,- məlumatda bildirilib.

İran və Türkiyə vətəndaşlığına malik 39 yaşlı şəxs Nyu-Yorkun Cənub Dairəsi tərəfindən kompüter fırıldaqçılığı, haker hücumu və şəxsiyyət oğurluğu kimi ittihamlarla təqib olunurdu.

Polis bildirib ki, iş onun ABŞ-a ekstradisiyası məsələsinə baxılması üçün Monteneqronun paytaxtı Podqoritsadakı Ali Məhkəməyə göndəriləcək.

Bəyanatda həmçinin qeyd olunur ki, kiberhücumlar nəticəsində əldə edilən məlumatlar və hədəfə alınan universitetlərin istifadəçi hesablarına giriş İran İnqilab Keşikçiləri Korpusuna (Sepah) və universitetlər də daxil olmaqla İranın başqa dövlət qurumlarına ötürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar