SON XƏBƏRLƏR

Vilayəti körfəz ölkələrini təhdid edib

2026.06.26, 16:21
Vilayəti körfəz ölkələrini təhdid edib

İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti ABŞ dövlət katibi ilə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatını tənqid edərək bildirib ki, Ərəb körfəzi sahilində yerləşən ərəb dövlətləri öz sabitliklərini İranın Hörmüz boğazını idarə etməsinə borcludurlar.

Gunaz.tv

Vilayəti X sosial şəbəkəsində paylaşdığı açıqlamada Qərbin bölgəyə “zorakılıq və talandan başqa heç nə gətirmədiyini”, regional dövlətlərin sabitliyinin isə “İranın əsrlər boyu Hörmüz boğazına himayədarlıq etməsi sayəsində mümkün olduğunu” iddia edib.

O, həmçinin kiçik ərəb dövlətlərini “onlara diktə edilən bəyanatlara” güvənməməyə çağırıb.

“Ümidinizi sizin üçün yazılmış bəyanatlara bağlamayın”, – deyə Vilayəti yazıb və əlavə edib ki, “regional nizam yenidən formalaşdırılarkən kənarda yerləşən kiçik dövlətlərin danışıqlar masasında yeri olmayacaq.”

“Onların strateji baxımdan mövcudluğunu qoruması Tehranın təmkinindən asılıdır”, – deyə Vilayəti bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar