SON XƏBƏRLƏR

Qəzənfəri yenə Azərbaycan və Pezeşkianı ittiham etdi

2026.06.27, 12:56
Qəzənfəri yenə Azərbaycan və Pezeşkianı ittiham etdi

İran parlamentinin deputatı Kamran Qəzənfəri Prezident Məsud Pezeşkianı Azərbaycana zərbə endirməyə mane olmaqda günahlandırıb.

Gunaz.tv

ِDeputat parlamentdə çıxışı zamanı Azərbaycan hakimiyyətini ittiham edib və İran Silahlı Qüvvələrinin Bakıya zərbə endirmək istədiyini iddia edib.

Onun iddiasına görə, guya Azərbaycan rəhbərliyi həm mərhum Prezident İbrahim Rəisinin həlak olduğu helikopter qəzasında, həm də İranın "12 günlük müharibə" adlandırdığı hadisələr zamanı ABŞ və İsraillə əməkdaşlıq edib.

Kamran Qəzənfəri bu iddiasını təsdiqləyəcək hər hansı sübut təqdim etməyib.

İran hakimiyyəti də deputatın səsləndirdiyi "Bakıya zərbə endirilməsi planı" ilə bağlı rəsmi açıqlama verməyib. 

Qeyd edək ki, qeyri-ciddi bəyanatları ilə tanınan Kamran Qəzənfəri, sərt xətt tərəfdarı və Məsud Pezeşkianın müxaliflərindədir. O, bundan əvvəl də Azərbaycan Respublikasına qarşı oxşar ittihamlar səsləndirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar