SON XƏBƏRLƏR

Əli Xamenei “hava yolu ilə” dəfn ediləcək

2026.06.28, 21:49
Əli Xamenei “hava yolu ilə” dəfn ediləcək

Gunaz.tv

Xorasan Rəzəvi vilayətinin qubernatoru Qulam Hüseyn Müzəffəri bazar günü bildirib ki, Əli Xameneinin Məşhəd şəhərində keçiriləcək dəfn mərasiminin son hissəsi “hava yolu ilə” həyata keçiriləcək.

Günaz TV-nin məlumatına görə, Müzəffəri deyib: “Təhlükəsizlik Şurasının konkret təklifi şəhid liderin dəfn mərasiminin hava yolu ilə keçirilməsidir və bu istiqamətdə mərasim iştirakçılarının sağlamlığının qorunması prioritetdir.”

O əlavə edib: “Bu üsul əhalinin sıxlığını azaldacaq, mərasimi digər yürüşlər kimi idarə etməyə imkan verəcək və təhlükəsizlik, izdihamın idarə olunması və digər məsələlər baxımından daha uyğun şərait yaradacaq.”

İranın keçmiş rəhbəri Əli Xamenei ABŞ və İsrailin İrana qarşı birgə hücumlarının ilk dalğasında Tehranın mərkəzindəki evində və iş yerində, iclas üçün toplaşmış onlarla dövlət və hərbi rəsmilərlə birlikdə öldürülüb.

Təxminən dörd ay yarım sonra İran hakimiyyəti nəhayət keçmiş rəhbərin dəfn mərasimi məsələsini gündəmə gətirib. İndi isə bu qədər uzun müddətdən sonra “hava yolu ilə dəfn” məsələsi ortaya çıxıb. Lakin Xorasan Rəzəvi qubernatoru bunun necə həyata keçiriləcəyi barədə aydın açıqlama verməyib.

Ehtimallara görə, öldürülən İran rəhbərinin cənazəsi helikopter vasitəsilə insanların üzərindən keçirilməsi ilə nümayiş etdirilə bilər.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar