SON XƏBƏRLƏR

İraq İrana bağlı qruplara xəbərdarlıq etdi

2026.06.29, 22:00
İraq İrana bağlı qruplara xəbərdarlıq etdi

Bağdad İranın terrorçu qüvvələrinə xəbərdarlıq etdi: Silahları təhvil verin.

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, İraq hökuməti İrana bağlı silahlı qruplara silahlarını təhvil vermələri üçün 30 Sentyabr 2026-cı il tarixinədək vaxt verib.

İraq hökumətinin sözçüsü Heydər Əbudi bildirib: “Bütün silahlı qruplara bu müddət barədə məlumat verilib. Bu müddət 30 Sentyabr 2026-cı ildə, beynəlxalq anti-Daş koalisiyasının missiyasının başa çatması ilə eyni vaxtda sona çatacaq.”

O xəbərdarlıq edib ki, bu müddətdən sonra dövlət nəzarətindən kənarda olan silahlar qanunsuz hesab ediləcək və ölkə qanunlarına uyğun şəkildə onlarla bağlı tədbir görüləcək.

Bu qərar İraqın yeni hökumətinin silah üzərində dövlət inhisarını təmin etmək və İrana yaxın silahlı qrupları tərksilah etmək vədləri fonunda açıqlanıb.

Həşdi Şəbi daxilində olan “Kətaib Hizbullah”, “Nücəba” və “Əsaib Əhl əl-Həqq” kimi bəzi qruplar indiyədək silahlarını təhvil verməkdən imtina ediblər. Digər tərəfdən, “Səraya əs-Salam” kimi bəzi qruplar silahlarını İraq ordusuna təhvil veriblər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar