SON XƏBƏRLƏR

Makıda məşhur xanın heykəli qoyuldu

2026.06.30, 10:43
Makıda məşhur xanın heykəli qoyuldu

Qərbi Azərbaycan əyalətinin Makı şəhərində Murtuzaqulu xan Bayatın (İqbal-us-Sultanə) heykəli ucaldılıb. 

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Makı Sərdarı kimi tanınan Murtuzaqulu xan Bayatın xatirəsinin əbədiləşdirilməsi yerli əhalinin müraciətləri əsasında baş tutub.

1863-cü ildə anadan olan və Makı xanlığını son nümayəndəsi kimi 1922-ci ilə qədər yerli hakimiyyətin başçısı olan Murtuzaqulu xan Bayat, Makı və ətraf bölgələrin abadlığı, təhsil, səhiyyə və ticarət sisteminin qurulmasında böyük rol oynayıb. Onun dövründə xanlığın ərazisində 300-dən çox kənd mövcud olub.

Qeyd edək ki, Nadir şahın ölümündən sonra (XVIII əsrin ortalarında) yaranmış yarımmüstəqil xanlıqlardan biri olan Makı xanlığını, Bayat tayfasından olan hakimlər idarə ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar