SON XƏBƏRLƏR

Azərbaycanlı müəllim Məsud Fərhihxtə təkadamlıq kameraya salınıb

2026.07.02, 09:29
Azərbaycanlı müəllim Məsud Fərhihxtə təkadamlıq kameraya salınıb

Hazırda Kərəc şəhərinin həbsxanasında saxlanılan azərbaycanlı müəllim və ictimai fəal Məsud Fərhihxtə iyunun 30-dan təkadamlıq kameraya möçürülüb.

Gunaz.tv

Bu barədə Müəllimlər Həmkarlar İttifaqının Koordinasiya Şurası məlumat yayıb.

Fərhihxtənin ailəsi və vəkili ilə əlaqəsinə də icazə verilmədiyi bildirilib.

Onun təkadamlıq kameraya salınmasının səbəbləri barədə məlumat verilməsə də, müəllimin aclıq aksiyasına əl atması və barəsində irəli sürülən yeni ittihama görə məhkəmə iclasına qatılmamasının səbəb olduğu ehtimal olunur.

Qeyd edək ki, Albürz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhihxtə, ötən ilin avqust ayında 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum edilib.

O, "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar