SON XƏBƏRLƏR

İran Əli Xameneinin dəfn mərasiminə görə Əfqanların ölkəyə girişinə icazə verəcək

2026.07.02, 11:00
İran Əli Xameneinin dəfn mərasiminə görə Əfqanların ölkəyə girişinə icazə verəcək

İranın Təyyibad şəhərinin qubernatoru bildirib ki, ölkə keçmiş ali lider Əli Xameneinin dəfn mərasimindən 24 saat əvvəl Əfqanıstan vətəndaşlarının Doğarun sərhəd-keçid məntəqəsi vasitəsilə İrana daxil olmasına icazə verəcək.

Gunaz.tv

Onun sözlərinə görə, sərhədi keçən şəxslərin mərasimdə iştirak etmələri üçün Məşhəd şəhərinə daşınması ilə bağlı bütün hazırlıqlar görülüb.

Qubernator bildirib ki, mərasim başa çatdıqdan sonra onlar yenidən Doğarun sərhəd-keçid məntəqəsinə aparılacaq və pasportlarını aldıqdan sonra İranı tərk edəcəklər.

O əlavə edib ki, indiyədək Doğarun sərhəd-keçid məntəqəsi vasitəsilə heç bir Əfqanıstan vətəndaşı İrana daxil olmayıb, lakin 2500 nəfərə viza verilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar