SON XƏBƏRLƏR

SEPAH İraqdakı kürd qruplaşmalarının düşərgələrini vurub

2026.07.02, 12:29
SEPAH İraqdakı kürd qruplaşmalarının düşərgələrini vurub

Ötən gecə SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinin şərqindəki Göy sancaq bölgəsində İran hökumətinə müxalif silahlı kürd qruplaşmalarının düşərgəsinə zərbələr endirib.

Gunaz.tv

Bu haqda İraq mediası məlumat yayıb.

PUA və raket zərbələri nəticəsində mümkün insan tələfatı və xəsarətlər barədə açıqlama verilməyib.

İranın "Fars" xəbər agentliyi də yerli mənbələrə istinadən Ərbil və Süleymaniyyədə bir neçə partlayışın baş verdiyini, o cümlədən "Azadlıq Partiyası"nın qərargahının ballistik raketlə hədəfə alındığını bildirib.

Bu, son günlər Qərbi Azərbaycan və Kirmanşah əyalətlərində SEPAH qüvvələri ilə silahlı kürd qruplaşmaları arasında baş verən toqquşmalardan sonraya təsaüf edir.

Toqquşmalar nəticəsində 4 kürd silahlısı və 2 SEPAH üzvü həlak olub, bir neçə nəfər yaralanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar