SON XƏBƏRLƏR

Qalibaf: MAQATE müfəttişləri bombardman edilmiş nüvə obyektlərini yoxlaya bilməyəcək

2026.07.02, 19:36
Qalibaf: MAQATE müfəttişləri bombardman edilmiş nüvə obyektlərini yoxlaya bilməyəcək

Gunaz.tv

İran MAQATE-nin ABŞ və İsrail hücumlarında zərər görmüş nüvə obyektlərinə baxış keçirməsinə icazə verməyəcəyini açıqlayıb.

Gunaz.tv-nin məlumatına görə, İran parlamentinin sədri və İranın danışıqlar heyətinin rəhbəri Məhəmmədbağır Qalibaf bildirib ki, parlamentin və Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, ABŞ və İsrailin bombardman etdiyi nüvə obyektlərinə MAQATE müfəttişlərinin girişinə icazə verilməyəcək.

O bildirib ki, hazırda yalnız Buşehr Atom Elektrik Stansiyası və Tehran tədqiqat reaktoru MAQATE-nin nəzarətinə açıqdır.

Son həftələr MAQATE-nin İranın nüvə obyektlərinə çıxışı Tehranla Qərb ölkələri arasında aparılan danışıqların əsas mübahisə mövzularından birinə çevrilib.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar