SON XƏBƏRLƏR

Qalibaf: İran Hörmüz boğazına ABŞ-ın müdaxiləsinə imkan verməyəcək

2026.07.03, 11:34
Qalibaf: İran Hörmüz boğazına ABŞ-ın müdaxiləsinə imkan verməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Çinlə strateji münasibətlərin daha da gücləndirilməsinə çağırıb və İranın Hörmüz boğazına ABŞ-ın hər hansı müdaxiləsinə imkan verməyəcəyini bəyan edib.

Gunaz.tv

“Gözləntimiz iki ölkə arasında strateji münasibətlərin səviyyəsinin daha da yüksəldilməsidir”, – deyə Qalibaf Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini He Vey ilə görüşündə bildirib.

“Mən açıq şəkildə deyirəm ki, İran İslam Respublikası Hörmüz boğazına ABŞ-ın heç bir müdaxiləsinə imkan verməyəcək”, – deyən Qalibaf əlavə edib ki, İran Çin gəmilərinin bu su yolundan tranziti ilə bağlı yaranmış məsələləri həll edib.

Qalibaf bildirib ki, gərginliyin azaldılması və onun daha geniş miqyas almasının qarşısının alınması üçün İran və Çin arasında sıx siyasi və iqtisadi koordinasiya mühüm əhəmiyyət daşıyır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar