SON XƏBƏRLƏR

İran sərhədçiləri əfqanistanlıları güllələdi

2026.07.03, 16:03
İran sərhədçiləri əfqanistanlıları güllələdi

İran sərhədçiləri Əfqanistandan İrana keçmək istəyən miqrantlara atəş açıb

Gunaz.tv

Bu haqda beynəlxalq media yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Əfqanistanın Herat əyalətinin İranla sərhəd Kəmanə və Bünyadxan kəndləri ərazisində baş verib.

Atəş nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Herat xəstəxanalarına köçürülən yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilib.

İran tərəfi və Taliban hökuməti hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar