SON XƏBƏRLƏR

Zəncan çölündə torpaq çökməsi təhlükəli həddə çatıb

2026.07.04, 11:00
Zəncan çölündə torpaq çökməsi təhlükəli həddə çatıb

Zəncanda torpaq çökməsi düzəlməz bir böhrandır və əyalətdəki statistika beynəlxalq orta göstəricidən yüksəkdir.

Gunaz.tv

Bunu Zəncan valisini müavini Məsud Bayatməneş deyib.

"Bu fenomen su hövzələrinin su saxlamaq qabiliyyətinin daimi itirilməsi deməkdir və əyalətin əhali və sənaye siyasəti torpaqdan istifadə planlaşdırmasına əsasən yenidən nəzərdən keçirilməlidir",- o bildirib.

Əyalətdə torpaq çökmə statistikasının beynəlxalq orta göstəricidən xeyli yüksək olduğunu deyən Bayatməneş, bu fenomenin Xurrəmdərə, Soltaniyyə və Zəncan kimi bəzi şəhərlərdə daha intensiv şəkildə baş verdiyini söyləyib.

Bununla yanaşı Zəncan Regional Su Şirkətinin baş direktoru Səid Sənəti Münfəred də əyalətin su ehtiyatlarının vəziyyəti ilə bağlı hesabatında, su anbarlarının həcminin əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və əyalətdəki bəzi vacib bəndlərin vəziyyətini böhranlı olduğuna diqqət çəkib.

O, həmçinin əyalətin düzənliklərində yeraltı sularının səviyyəsinin azalma tendensiyasına işarə edərək bəzi ərazilərin su səviyyəsinin azalması baxımından ən kritik nöqtələr olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar