SON XƏBƏRLƏR

Xameneinin dəfni ilə eyni vaxtda: Trampdan Tehrana yeni mesaj

2026.07.04, 15:20
Xameneinin dəfni ilə eyni vaxtda: Trampdan Tehrana yeni mesaj

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın öldürülmüş diktator rəhbəri Əli Xameneinin dəfn mərasiminə görə İran rəsmilərinə “bir həftə” vaxt verib.

Tramp ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən tədbirdə deyib: “İranı çox ağır şəkildə darmadağın etdik. Onlar razılaşma əldə etmək üçün səbirsizlənirlər. Çox istəyirlər ki, razılaşma əldə olunsun. Dəfn mərasiminə görə onlara bir həftə vaxt verdik, çünki biz yaxşı insanlarıq.”

İran və ABŞ arasında texniki danışıqların sonuncu mərhələsi iyulun 1-də (10 tir) Dohada Pakistan və Qətərin vasitəçiliyi ilə iki ölkə arasında əldə olunmuş memorandumun icrası məqsədilə keçirilib. Tramp həmin danışıqlardan sonra da prosesin “çox yaxşı” getdiyini bildirmişdi.

Eyni zamanda, İran hakimiyyəti Əli Xameneinin dəfn mərasimini bir neçə şəhərdə altı gün ərzində keçirir. Bu arada, İranın yeni rəhbəri Müctəba Xameneinin mərasimdə iştirak edib-etməyəcəyi hələ də məlum deyil.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar