SON XƏBƏRLƏR

Xameneinin 4 aylıq cənazəsinin dəfni üçün bütün ölkə bağlandı

2026.07.04, 18:06
Xameneinin 4 aylıq cənazəsinin dəfni üçün bütün ölkə bağlandı

İran hökumətindən yeni tətil qərarı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran hökuməti 5 iyul (14 tir) tarixini Əli Xameneinin dəfn mərasiminə görə və əyalətlərdən daxil olduğu bildirilən “çoxsaylı müraciətlər” əsasında bütün ölkə üzrə rəsmi tətil elan edib.

Bundan əvvəl yalnız Tehranın şənbə, bazar və çərşənbə axşamı günləri, bazar ertəsinin isə bütün ölkə üzrə tətil olacağı açıqlanmışdı. Lakin hökumət “insanların dəfn mərasimində iştirakını asanlaşdırmaq” məqsədilə bazar gününü də bütün ölkədə tətil elan edib.

Şənbə günü yalnız Tehran vilayəti, bazar və bazar ertəsi bütün ölkə, çərşənbə axşamı Tehran və Qum vilayətləri, cümə axşamı isə yalnız Xorasan-e Rəzəvi vilayəti tətil olacaq. Çərşənbə günü isə ölkə üzrə rəsmi tətil nəzərdə tutulmayıb.

Bu tətillər Əli Xameneinin 4 aylıq cənazəsi ilə bağlı dəfn mərasimlərinin keçirilməsi məqsədilə planlaşdırılıb.

Mərasimin təşkilat komitəsinin açıqlamasına əsasən, Əli Xameneinin cənazəsinə cənazə namazı bazar günü səhər Tehranda qılınacaq.

Eyni zamanda, yayılan məlumatlara görə, İranın keçmiş rəhbərinin dəfn mərasimi ilə əlaqədar Tehranda geniş təhlükəsizlik tədbirləri həyata keçirilir.

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar