SON XƏBƏRLƏR

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin olundu

2026.07.04, 18:46
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin olundu

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran mediası SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Əli Xameneinin dəfn mərasimi ilə bağlı yaydığı bəyanatda Əli Ozmayinin bu qüvvələrin yeni komandanı olduğunu açıqlayıb.

Ozmayi 40 günlük müharibə zamanı İsrailin hava hücumu nəticəsində öldürülən Əlirza Təngsirinin yerinə təyin edilib. İran rəsmiləri Təngsirinin öldürüldüyünü bir neçə gün sonra təsdiqləmişdilər.

İsrailin müdafiə naziri Təngsirini “Hörmüz boğazının minalanması əməliyyatlarına və boğazın bağlanması cəhdlərinə birbaşa cavabdeh şəxs” kimi təqdim etmişdi.

SEPAH hələlik Əli Ozmayinin təyinatı ilə bağlı rəsmi fərman yayımlamayıb. O, bundan əvvəl SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində çalışırdı.

40 günlük müharibə zamanı Əli Xamenei ilə yanaşı, İranın onlarla siyasi rəsmisi və yüksək rütbəli hərbi komandiri də ABŞ və İsrailin hücumları nəticəsində öldürülmüşdü.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar