SON XƏBƏRLƏR

İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirilib

2026.07.05, 11:09
İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirilib

İyulun 4-də İranın ABŞ, Britaniya, Almaniya və Yunanistan paytaxtlarındakı səfirliklərinin qarşısında etiraz aksiyaları keçirilib.

Gunaz.tv

Bu haqda xarici media və iranlı mühacirlər məlumat yayıblar.

Aksiyalar Tehran rejiminə müxalif olan bir sıra siyasi qrupların "İranın Azadlığı üçün Fəaliyyət Həftəsi" adı altında ümumi çağırışlarından sonra baş tutub.

Adı çəkilən ölkələrdə yaşayan iranlı mühacirlər Tehran rejiminin xüsusən müharibədən sonra repressiyaları gücləndirməsinə diqqət çəkib və buna etiraz ediblər.

Onlar beynəlxalq ictimaiyyətdən və demokratik dünya dövlətlərindən İslam Respublikasının mövcudluğunu qoruyub saxlamaq üçün əl atdığı siyasi gedişatlara inanmamağı, totalitar Tehran rejiminin deyil, İranda yaşayan xalqların yanında olmalarını tələb ediblər:

"Terrorçularla anlaşmayın, İranda yaşayan xalqların yanında olun!".

Etiraz aksiyalarının başqa ölkələrdə də keçiriləcəyi bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar