SON XƏBƏRLƏR

Müctəba Xamenei atasının dəfn mərasimində görünmədi; Xameneinin digər üç oğlu tabutun başında idi

2026.07.05, 14:37
Müctəba Xamenei atasının dəfn mərasimində görünmədi; Xameneinin digər üç oğlu tabutun başında idi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın keçmiş rəhbəri Əli Xameneinin cənazə namazı bazar günü səhər saat 08:00-da ayətullah Cəfər Sübhaninin imamlığı ilə qılınıb. Onun dəfn mərasimi ölümündən dörd aydan çox vaxt keçdikdən sonra keçirilir.

Mərasimin diqqət çəkən məqamı Müctəba Xameneinin iştirak etməməsi olub. Atasının ölümündən 10 gündən az bir müddət sonra İranın yeni rəhbəri kimi təqdim olunan Müctəba Xamenei mərasimdə görünməyib və atasının cənazə namazını qılmayıb.

Son dörd aydan artıq müddətdə Müctəba Xameneinin rəhbərlik fəaliyyəti ilə bağlı hər hansı səs yazısı və ya videogörüntü yayımlanmayıb.

Ehtimal olunur ki, İran hakimiyyəti onun atasının dəfn mərasimində iştirak etməməsini təhlükəsizlik məsələləri ilə əsaslandıracaq. Lakin bazar günü keçirilən mərasimdə İranın yüksək vəzifəli rəsmilərinin, o cümlədən üç hakimiyyət qolunun rəhbərlərinin, İnqilab Keşikçiləri Korpusunun və Qüds Qüvvələrinin komandirlərinin geniş tərkibdə iştirak etməsi bu izahla bağlı suallar yaradıb.

Bununla yanaşı, Əli Xameneinin digər üç oğlu – Mustafa, Məsud və Meysəm – uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq bazar günü atalarının tabutunun başında görü­nüblər.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar