SON XƏBƏRLƏR

İranda bir ayda 109 edam

2026.07.05, 17:21
İranda bir ayda 109 edam

Bir ayda yüzdən çox edam: İranda nə baş verir?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran İslam Respublikası son bir ay ərzində ölkənin müxtəlif həbsxanalarında azı 109 məhbusun edam hökmünü icra edib.

Edam edilənlər arasında beş siyasi məhbus və üç qadın da var. İnsan haqları təşkilatlarının məlumatına görə, bu dövrdə həyata keçirilən edamların sayı ötən ilin eyni dövrü ilə müqayisədə ən azı 10 faiz artıb.

İnsan haqları təşkilatları İranda edam hökmlərinin icrasının sürətlə artmasından ciddi narahatlıq ifadə edərək, beynəlxalq ictimaiyyəti ölkədə insan haqlarının vəziyyətinə daha çox diqqət yetirməyə çağırıblar.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar