SON XƏBƏRLƏR

Qətər beş aydan sonra İranla ticarəti bərpa etdi

2026.07.05, 19:25
Qətər beş aydan sonra İranla ticarəti bərpa etdi

Tehran və Doha arasında ticarətdə yeni mərhələ.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın Dohadakı ticarət müşaviri Abbas Əbdülxani bildirib ki, təxminən beş aylıq fasilədən sonra İranın Deyr limanı ilə Qətərin Ər-Ruveys limanı arasında dəniz yükdaşımaları yenidən bərpa olunub. Ər-Ruveys limanı bir daha İrandan göndərilən yüklərin qəbuluna başlayıb.

Əbdülxaninin sözlərinə görə, bu marşrut İran mallarının Qətər bazarına çıxışı üçün ən mühüm nəqliyyat yollarından biridir. O qeyd edib ki, daşımaların bərpası iki ölkə arasında ticarətin asanlaşmasına, nəqliyyat xərclərinin azalmasına və ticarət dövriyyəsinin artmasına töhfə verəcək.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar