SON XƏBƏRLƏR

Ermənistan-İran birliyində yeni rekord ticarət dövriyyəsi

2026.07.06, 09:53
Ermənistan-İran birliyində yeni rekord ticarət dövriyyəsi

İran və Ermənistan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçəcəyi bildirilir.

Gunaz.tv

İran parlamentinin deputatı Ara Şahverdiyan Tehranda erməni jurnalistlərlə görüşündə bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsini illik 3 milyard dollara çatdırmaq üçün ciddi potensial mövcuddur.

Onun sözlərinə görə, ötən il İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri zamanı tərəflər arasında mühüm razılaşmalar əldə olunub. Daha sonra bu razılaşmalar İran İslam Respublikasının vitse-prezidenti Purməhəmmədinin Ermənistana son səfəri zamanı da təsdiqlənərək əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılıb.

Deputat qeyd edib ki, iqtisadi, ticarət, enerji və nəqliyyat sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki tərəf fəal iş aparır və qarşıdakı dövrdə ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar