SON XƏBƏRLƏR

İran polisi iki mülki şəxsi güllələdi

2026.07.06, 15:26
İran polisi iki mülki şəxsi güllələdi

İran polisi Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində taksı sürücüsü və avtomobildə olan qadın sərnişinə atəş açıb.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Bildirilib ki, polislər sürücülük vəsiqəsi olmadığına görə 20 yaşlı Səid Nurzehi adlı taksi sürücüsünü yoxlama postunda döyüblər.

O, polislərin əlindən qurtulub avtomobili ilə hadisə yerindən uzaqlaşdığı zaman polislər ona atəş açıb və nəticədə sürücü ilə kimliyi açıqlanmayan qadın ağır yaralanıb.

Hər iki yaralının xəstəxanaya köçürüldüyü bildirilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar