SON XƏBƏRLƏR

Tehranda su böhranı dərinləşəcək

2026.07.07, 12:26
Tehranda su böhranı dərinləşəcək

İqlim dəyişikliyi tendensiyası və su istehlakının hazırkı modeli davam edərsə, Tehran növbəti beş il ərzində daimi və geri dönüşü olmayan su böhranı ilə üzləşəcək.

Gunaz.tv

Bu haqda Tehran Universitetinin Ətraf Mühit Fakültəsinin professoru Mehdi İsmaili Bidhendi xəbərdarlıq edib.

O, bu şərtlər altında şəhər parkları və yaşıllıq zolaqlarını suvarmağın mümkün olmayacağını və evlərdə su çatışmazlığının vətəndaşların gündəlik həyatının bir hissəsinə çevriləcəyini bildirib.

İsmaili, podratçı məsləhətçilər tərəfindən təklif olunan su nəqli sxemlərinin müvəqqəti  həll yolu olduğunu və bunun böhranın bir dəfəlik həlli üçün çıxış yolu olmadığını söyləyib.

Qeyd edək ki, bundan əvvəl su çatışmazlığı və yeraltı su ehtiyatlaının tükənməsi səbəbindən paytaxtın Tehrandan köçürülməsi barədə təklif və tövsiyələr səsləndirilib.

Bunu İran prezidenti Məsud Pezeşkian da dəstəkləyib və köçürülmənin problemin həlli üçün ən uyğun variant olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar