SON XƏBƏRLƏR

ABŞ NATO-dan narazıdır; Ankarada diqqət çəkən İran açıqlaması

2026.07.07, 18:37
ABŞ NATO-dan narazıdır; Ankarada diqqət çəkən İran açıqlaması

Tramp: ABŞ Avropanın təhlükəsizliyinin bədəlini ödəyir, amma İran qarşısında tək qaldı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyulun 7-də NATO-nun illik sammitində iştirak etmək üçün Ankaraya gəldikdən sonra alyans müttəfiqlərinin İranla qarşıdurmada ABŞ-a dəstək verməməsindən kəskin narazılığını ifadə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə jurnalistlərin suallarını cavablandıran Tramp NATO üzvlərinin müdafiə xərclərinin artırılması məsələsinə toxunaraq deyib: “NATO-dan çox məyus oldum və səmimi desəm, əgər bu toplantı dostumun çox güclü lider olduğu Türkiyədə keçirilməsəydi, bəlkə də ümumiyyətlə iştirak etməzdim.”

ABŞ Prezidenti ölkəsinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyata işarə edərək bildirib: “ABŞ-la yaxşı davranılmadı, çünki biz İranla bağlı bir iş gördük.”

Tramp həmçinin vurğulayıb: “Bizim başqa heç kimə ehtiyacımız yoxdur.” Bununla yanaşı, o, ABŞ-ın Avropanı Rusiyadan qorumaq üçün NATO-ya “trilyonlarla dollar” sərmayə yatırdığını, lakin bunun qarşılığında eyni dəstəyi görmədiyini bildirib.

O əlavə edib: “Mən bir növ digərlərini sınaqdan keçirirdim ki, görüm bizim yanımızda olacaqlarmı. Çünki uzun illərdir deyirəm ki, biz onlara kömək edirik, amma əmin deyiləm ki, onlar da bizim üçün eyni şeyi edərlər.”

Tramp çıxışında Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın adını çəkərək, bu ölkələrin İran məsələsində ABŞ-ın mövqeyinə dəstək verməməsindən narazı olduğunu bildirib.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar