SON XƏBƏRLƏR

Pezeşkian Xameneinin dəfn mərasimini yarıda tərk etdi

2026.07.08, 06:35
Pezeşkian Xameneinin dəfn mərasimini yarıda tərk etdi

İraqa bir neçə saat əvvəl gedən Pezeşkian təcili İrana qayıtdı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın İranın cənubundakı hədəflərə endirdiyi yeni zərbələrdən sonra İran prezidenti Məsud Pezeşkian İraqa etdiyi səfəri yarımçıq qoyaraq təcili Tehrana qayıdıb.

Pezeşkian Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün Nəcəf və Kərbəla şəhərlərinə səfər etmişdi. Lakin ABŞ-ın yeni hücumları və bölgədə gərginliyin artması fonunda o, proqramını yarımçıq dayandıraraq İrana geri dönüb.

İran prezidentinin vaxtından əvvəl qayıtması ABŞ-ın İranın cənubundakı hərbi hədəflərə genişmiqyaslı zərbələr endirməsi və Tehran–Vaşinqton arasında gərginliyin yenidən artması ilə eyni vaxta təsadüf edib.

Bu hadisələr fonunda dünya neft bazarında da qiymətlər yüksəlib. İran və ABŞ arasında atəşkəsdən sonra enişə keçən neft qiymətləri yenidən artıb və Sinqapur bazarında bir barel xam neftin qiyməti 2,7 faiz yüksəlib.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar