SON XƏBƏRLƏR

NATO baş katibi: ABŞ-ın İrana endirdiyi yeni zərbələr "tamamilə zəruri idi"

2026.07.08, 10:33
NATO baş katibi: ABŞ-ın İrana endirdiyi yeni zərbələr "tamamilə zəruri idi"

ABŞ-ın İrana endirdiyi yeni zərbələr "tamamilə zəruri idi".

Gunaz.tv

Bunu NATO-nun baş katibi Mark Rütte bildirib.

ABŞ ordusu çərşənbə axşamı İranda yeni hava zərbələri həyata keçirib. Eyni zamanda, Hörmüz boğazında üç tankerin mərmilərlə vurulmasının ardından Vaşinqton Tehrana neft satmağa imkan verən lisenziyanı da ləğv edib.

Ankarada keçiriləcək NATO sammiti öncəsi jurnalistlərə danışan Rütte bildirib:

"Atəşkəs olduğu halda və İran faktiki olaraq həmin atəşkəsi pozursa, hesab edirəm ki, ABŞ-ın buna qətiyyətli şəkildə cavab verməsi tamamilə vacibdir."

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar