SON XƏBƏRLƏR

Məşhddə "Bəsic" üzvləri öldürülüb

2026.07.10, 09:33
Məşhddə "Bəsic" üzvləri öldürülüb

Ötən gecə İranın Məşhəd şəhərində silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, hərbi geyimdə olan iki nəfər Fəkkuri bulvarında SEPAH və "Bəsic" üzvlərinin qurduğu posta atəş açıblar.

Tapança və Kalaşnikovdan açılan atəş nəticəsində 2 "Bəsic" və SEPAH üzvü həlak olub, 4-ü isə yaralanıb.

Hücumçuların hadisə yerindən qaçdıqları və onların saxlanılması üçün geniş tədbirlər görüldüyü bildirilib.

Rəsmi məlumatda insidentin iki nəfər arasında şəxsi münaqişə zəminində baş verdiyi və terror hadisəsi olmadığı bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar