SON XƏBƏRLƏR

Bu il İranda 5 mindən çox qadın həbs edilib

2026.07.10, 14:00
Bu il İranda 5 mindən çox qadın həbs edilib

2026-cı ilin ilk yarısında İranda 5000-dən çox qadın həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, həmin dövr ərzində 9 qadın edam edilib, 250 qadın isə yanvar etirazları zamanı öldürülüb.

Həbs olunanların bir qisminin kimliyi müəyyən edilib, onların arasında yaşı 18-dən aşağı yeniyetmələrin də olduğu bildirilib.

Bununla yanaşı 44 qadın fəalı barəsində ümumilikdə 211 il həbs cəzası çıxarılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar