SON XƏBƏRLƏR

CNN: Peyk görüntüləri İranın nüvə obyektlərini bərpa etdiyini göstərir

2026.07.11, 08:21
CNN: Peyk görüntüləri İranın nüvə obyektlərini bərpa etdiyini göstərir

İranın Tehranın cənub-şərqində yerləşən Pərçin hərbi kompleksi də daxil olmaqla bir neçə nüvə və raket obyektində təmir və ya yenidənqurma işləri apardığı ehtimal olunur.

Gunaz.tv

Bu barədə CNN peyk görüntülərinə əsaslanaraq xəbər verib.

CNN-in vizual araşdırmasına görə, ekspertlərin nüvə silahı üçün partlayıcı materialların saxlanıldığını düşündüyü Pərçin kompleksindəki Taleqan-2 obyektində təmir və yenidənqurma işləri müşahidə olunub. İyunun 22-si və iyulun 7-də çəkilmiş peyk görüntüləri ABŞ və İsrailin zərbələri nəticəsində yaranmış bir neçə zərbə izinin bərpa edildiyini göstərir.

Bundan əlavə, iyunun 21-də çəkilmiş digər peyk görüntülərində İsfahan yaxınlığında yerləşən və yeraltı nüvə obyekti olduğu ehtimal edilən Külüng Dağı ərazisində tunellərə daxil olan və oradan çıxan nəqliyyat vasitələri qeydə alınıb. CNN qeyd edir ki, həmin görüntülər iyunun 17-də ABŞ ilə imzalanmış memorandum qüvvədə olduğu dövrdə çəkilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar