SON XƏBƏRLƏR

Güneyli milli fəal Taymaz Urmulu dünyasını dəyişdi

2026.07.11, 15:49
Güneyli milli fəal Taymaz Urmulu dünyasını dəyişdi

Amerikada yaşayan Güney azərbaycanlı milli fəal və tədqiqatçı Taymaz Urmulu (Tahir Məhami) dünyasını dəyişib.

Gunaz.tv

Bu barədə onun yaxınları sosial mediada məlumat yayıb.

İlkin məlumata görə, o, 57 yaşında ürək tutmasından həyatını itirib.

Əslən Urmiyadan olan milli fəal Təbriz Universitetində təhsil alıb və burada tələbə hərəkatının fəallarından olub.

Təqiblər vətəzyiqlərə məruz qalan T.Urmulu, Türkiyəyə mühacirət edib və bir neçə il orada yaşadıqdan sonra Amerikaya köçüb.

Milli fəal bəzi Güney Azərbaycan təşkilatlar və bir sıra media qurumları ilə əməkdaşlıq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar