SON XƏBƏRLƏR

Tehranda xəbərdarlıq edilmədən elektrik kəsildi; kəsintilər digər şəhərlərə də yayılıb

2026.07.11, 21:09
Tehranda xəbərdarlıq edilmədən elektrik kəsildi; kəsintilər digər şəhərlərə də yayılıb

İranın müxtəlif bölgələrində xəbərdarlıq edilmədən elektrik kəsintiləri davam edir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, yay istilərinin artması ilə yanaşı, İran mediası Tehranın bəzi rayonlarında genişmiqyaslı və əvvəlcədən elan olunmayan elektrik kəsintilərinin baş verdiyini yazıb. İSNA-nın məlumatına əsasən, Vəliəsr, Mütəhhəri və Qaimməqam Fərahani küçələri ətrafında bir neçə saat davam edən elektrik kəsintiləri yaşanıb. Tehran Elektrik Paylama Şirkəti isə kəsintilərin səbəbi ilə bağlı hələlik açıqlama verməyib.

Son həftələrdə elektrik kəsintiləri təkcə Tehranla məhdudlaşmayıb, ölkənin bir çox şəhər və rayonlarından da oxşar xəbərlər yayılıb.

İranın enerji rəsmiləri bundan əvvəl elektrik istehlakının istehsalı üstələdiyini bildirərək, yaşayış məntəqələrində elektrik kəsintilərinin mümkün olacağı barədə xəbərdarlıq etmişdilər. Tehran əyalətinin Elektrik Paylama Şirkətinin rəhbəri də ən azı səkkiz həftə davam edəcək yay pik dövrünün başladığını və istehlakın məhdudlaşdırılması proqramlarının tam gücü ilə həyata keçiriləcəyini açıqlayıb.

Elektrik kəsintiləri İranın cənub bölgələrində havanın temperaturunun 50 dərəcə və daha yuxarı olacağı ilə bağlı meteoroloqların xəbərdarlığı fonunda baş verir. Bu vəziyyət ölkənin elektrik şəbəkəsinə düşən yükü daha da artırır.

 


Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar