SON XƏBƏRLƏR

İranda daha 300 nəfər barədə ittiham aktı tərtib edilib

2026.07.12, 11:56
İranda daha 300 nəfər barədə ittiham aktı tərtib edilib

İranın Baş Prokurorluğu müharibə və təhlükəsizlik məsələləri ilə bağlı daha 300 nəfər barədə ittiham akti tərtib edib.

Gunaz.tv

Bu barədə İran televizyası məlumat yayıb.

Məlumatda bu şəxslərin xaricdəki müxalif media ilə əlaqələri olduğu bildirilib və bu addımın "cəmiyyətin psixoloji təhlükəsizliyini qorumaq və təhlükəsizlik əleyhinə fəaliyyətlərlə mübarizə aparmaq üçün" atıldığı iddia edilib.

İnsan haqları təşkilatları bunun və oxşar addımların daxildəki repressiyaların beynəlxalq mediada əks olunmasının qarşısını almağa yönəldiyini bildirirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar