SON XƏBƏRLƏR

İranda elektrik böhranı dərinləşir; sənaye müəssisələrində həftədə iki günlük elektrik kəsintisi tətbiq olunur

2026.07.12, 16:13
İranda elektrik böhranı dərinləşir; sənaye müəssisələrində həftədə iki günlük elektrik kəsintisi tətbiq olunur

İranda elektrik çatışmazlığı səbəbindən sənaye müəssisələrində elektrik kəsintiləri həftədə iki günə çatdırılıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranda elektrik böhranının dərinləşməsi fonunda Sənaye, Mədən və Ticarət Evinin baş katibi Arman Xaleqi sənaye müəssisələrində elektrik məhdudiyyətlərinin artıq həftədə iki gün tətbiq olunduğunu açıqlayıb.

Xaleqi İSNA agentliyinə bildirib ki, yaxın günlərdə bu məhdudiyyətlərin axşam saatlarından gecə yarısınadək olan vaxtı da əhatə etməsi gözlənilir.

O, həmçinin təklif edildiyini bildirib ki, elektrik kəsilən günlər istehsal müəssisələri üçün rəsmi istirahət günü hesab edilsin və bununla da müəssisələrin üzləşdiyi ziyanın bir hissəsi kompensasiya olunsun. Lakin bu təklif hələ də həyata keçirilməyib.

Elektrik məhdudiyyətlərinin genişlənməsi İranın istehsal sektoruna ciddi zərbə vurur. Mütəxəssislərin fikrincə, bu vəziyyət istehsalın azalmasına, müəssisələrin maliyyə itkilərinin artmasına, iş yerlərinin risk altına düşməsinə və bazarda qiymətlərin daha da bahalaşmasına səbəb ola bilər.

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar