SON XƏBƏRLƏR

İsrail: Tehran demokratik ölkələrin liderlərinə qarşı sui-qəsdi təşviq edir

2026.07.12, 17:00
İsrail: Tehran demokratik ölkələrin liderlərinə qarşı sui-qəsdi təşviq edir

İsrail Xarici İşlər Nazirliyi İranı demokratik ölkələrin liderlərinə qarşı zorakılığı təşviq etməkdə ittiham edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrail Xarici İşlər Nazirliyi İranın bəzi hökumətyönlü media orqanlarında Qərb ölkələrinin liderlərinə qarşı yayımlanan təhdidlərə və sui-qəsd çağırışlarına reaksiya verib.

Nazirliyin ingilisdilli sosial media hesabında yayılan açıqlamada bildirilir ki, İran İslam Respublikası öz vətəndaşlarını repressiya etdikdən sonra indi də ABŞ, İsrail, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya liderlərinə qarşı təhdidləri təşviq edir.

Eyni zamanda, İranın Mehr agentliyi “Terrordan daha dərin” adlı yazı dərc edərək sui-qəsdi müdafiə edib və bu mövqeyini Əli Xameneinin çıxışları ilə əsaslandırmağa çalışıb.

Bu açıqlamalar İsrail kəşfiyyatının Donald Trampa qarşı konkret sui-qəsd planı barədə ABŞ-a xəbərdarlıq etdiyi xəbərlərinin ardından yayılıb. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, ona qarşı hər hansı sui-qəsd cəhdi olacağı təqdirdə İran İslam Respublikasına genişmiqyaslı hücum əmri verəcək.

 

Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar