SON XƏBƏRLƏR

Qeşmə hücum; eyni vaxtda Küveytdə partlayış səsləri eşidildi

2026.07.14, 18:30
Qeşmə hücum; eyni vaxtda Küveytdə partlayış səsləri eşidildi

İran mediası: ABŞ Qeşm adasında bir nöqtəni hədəf aldı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran mediası çərşənbə axşamı axşam saatlarında Qeşm adasında partlayış səslərinin eşidildiyini bildirib.

İran Dövlət Televiziyası Hörmüzqan valiliyinə istinadən xəbər verib ki, yerli vaxtla saat 19:00-da Qeşm adasında “bir nöqtə” ABŞ tərəfindən hədəfə alınıb. Hadisənin dəqiq yeri, mümkün dağıntılar və ya itkilərlə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

Eyni zamanda, Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı xəbərdarlıq yayaraq ölkə üzərində “düşmən hava hədəflərinin” ələ keçirildiyini açıqlayıb.

Küveyt ordusunun bəyanatında vətəndaşlardan təhlükəsizlik qaydalarına riayət etmələri istənilib. Bəyanatda bildirilib ki, eşidilə biləcək partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin düşmən hədəflərini zərərsizləşdirməsi ilə bağlıdır.

Fransa Xəbər Agentliyi də Küveytdə bir neçə partlayış səsinin eşidildiyini xəbər verib.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar