ABŞ və Türkiyə arasında illərlə gərginliyə səbəb olan dosye nəhayət bağlandı.
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
ABŞ və Türkiyə arasında illərlə gərginliyə səbəb olan dosye nəhayət bağlandı.
Gunaz TV-nin məlumatına görə, ABŞ Federal Məhkəməsi iranlı-türk iş adamı Rza Zərrab barəsində “çəkilmiş cəza müddəti” hökmü çıxararaq onun və Türkiyənin dövlət bankı Halkbank ilə bağlı uzun illər davam edən cinayət işini bağlayıb.
Manhetten Federal Dairə Məhkəməsinin hakimi Riçard Berman çərşənbə axşamı Rza Zərrab haqqında bu qərarı verib. Bu hökm onun əlavə həbs cəzası almadan dosyesinin başa çatması deməkdir.
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Halkbank vasitəsilə pozulması ittihamı ilə açılmış bu dosye uzun illər Vaşinqton və Ankara arasında gərginliyin əsas səbəblərindən biri hesab olunurdu.
Rza Zərrab 2017-ci ildə ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaq məqsədilə qurulmuş sui-qəsddə iştirak etdiyini etiraf etmiş, həmin il Halkbank-ın keçmiş baş direktor müavini Məhəmməd Hakan Atillanın məhkəməsində də onun əleyhinə ifadə vermişdi.
Donald Trampın yenidən Ağ Evə qayıtmasından sonra Vaşinqton və Ankara arasında münasibətlər yaxşılaşmağa başlayıb. ABŞ Ədliyyə Nazirliyinin bu il Halkbank dosyesi ilə bağlı cinayət təqibini dayandırması da bu prosesə təsir göstərib.
Qısa desək, Rza Zərrab və Halkbank dosyesi ABŞ tarixində İrana qarşı sanksiyaların pozulması ilə bağlı ən böyük dosyəlardan biri hesab olunur.
ABŞ 2012-ci ildən etibarən İrana qarşı sərt sanksiyalar tətbiq etmişdi və İran neft gəlirlərini sərbəst şəkildə dövriyyəyə buraxa bilmirdi.
Bu dövrdə iranlı-türk iş adamı Rza Zərrab həmin sanksiyaları aşmaq üçün maliyyə şəbəkəsi yaratdı. ABŞ məhkəməsində təqdim olunan sənədlərə əsasən, Halkbank-ın bəzi rəhbərləri və Türkiyənin bəzi dövlət rəsmilərinin iştirakı ilə İranın neft və qaz satışından əldə etdiyi vəsait qızıl ticarəti, saxta şirkətlər və bank köçürmələri vasitəsilə hərəkət etdirilir, milyardlarla dollar dəyərində sanksiyalar aşılırdı.
ABŞ niyə bu işə müdaxilə etdi?
Rza Zərrab 2016-cı ildə ABŞ-ın Mayami şəhərinə səfəri zamanı həbs olundu.
Əvvəlcə təqsirləndirilən şəxs olan Zərrab sonradan ABŞ prokurorları ilə əməkdaşlıq etməyə razılaşdı və ittihamları qəbul etdi. O, məhkəmədə sanksiyaların necə pozulduğu, Halkbank-ın və bəzi Türkiyə rəsmilərinin rolu barədə geniş məlumat verdi və iş üzrə əsas şahidə çevrildi.
Halkbank-ın rolu nə idi?
ABŞ hesab edirdi ki, Halkbank İrana sanksiyaları aşmaqda şüurlu şəkildə kömək edib.
Türkiyə isə bu ittihamları rədd edir və işi siyasi motivli hesab edirdi.
Bu dosyedan kim qazandı?
Rza Zərrab: Ən böyük şəxsi qazancı o əldə etdi. ABŞ prokurorluğu ilə əməkdaşlıq etdiyi üçün on illərlə davam edə biləcək ağır həbs cəzasından xilas oldu və işi əlavə həbs cəzası olmadan bağlandı.
ABŞ hökuməti: İranın sanksiyaları aşmaq üçün istifadə etdiyi şəbəkə haqqında geniş məlumat əldə etdi və bu işdən sanksiyaları pozanlara qarşı təzyiq vasitəsi kimi istifadə etdi.
Türkiyə: Halkbank cinayət işinin bağlanması ilə ABŞ ilə münasibətlərdəki ən mühüm problemlərdən biri böyük ölçüdə aradan qalxdı. Bu da iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edə bilər.
İran: ABŞ-ın mövqeyinə görə, bu şəbəkə vasitəsilə İran bir müddət sanksiyaları aşaraq neft gəlirlərini ölkəyə yönəldə bilmişdi. Lakin işin üzə çıxmasından sonra bu imkan böyük ölçüdə aradan qalxdı.
Dosyə niyə indi bağlandı?
Bunun bir neçə səbəbi olduğu bildirilir:
Rza Zərrabın ABŞ prokurorluğu ilə tam əməkdaşlıq etməsi.
İşin başlanmasından uzun illərin keçməsi.
ABŞ Ədliyyə Nazirliyinin bu il Halkbank işi üzrə cinayət təqibini dayandırması.
Donald Trampın yenidən Ağ Evə qayıtmasından sonra Vaşinqton və Ankara arasında siyasi münasibətlərin yaxşılaşması.
Nəticə etibarilə, Rza Zərrab bu dosyənin ən böyük şəxsi qalibi oldu. O, ABŞ prokurorları ilə əməkdaşlıq edərək çox ağır həbs cəzasından yayına bildi. Siyasi baxımdan isə Türkiyə Halkbank işinin bağlanması ilə ABŞ ilə münasibətlərdəki ən mühüm mübahisə mövzularından birini geridə qoymuş oldu.
Gunaz TV
R.G
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb