SON XƏBƏRLƏR

Qalibaf ABŞ-la danışıqların davamını müdafiə etdi

2026.07.15, 21:35
Qalibaf ABŞ-la danışıqların davamını müdafiə etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf son qarşıdurmalara baxmayaraq, İranla ABŞ arasında danışıqların davam etdirilməsini müdafiə edib.

Qalibaf iddia edib ki, İran ABŞ-la “mövcudluq savaşı” aparır. O bildirib: “Müharibədən və ya danışıqlardan qorxmamalıyıq; müharibə və danışıqlar milli maraqları qorumağın iki üsuludur.”

O, İranla ABŞ arasında imzalanmış razılaşma barədə də deyib: “Əgər İran bu mətndən fayda əldə etməyəcəksə, belə bir razılaşmaya sadiq qalmaq üçün də heç bir səbəbimiz yoxdur.”

Bu açıqlamalar İran hakimiyyətini dəstəkləyən bəzi siyasi dairələrin ABŞ-la danışıqların davam etdirilməsinə qarşı çıxdığı bir vaxta təsadüf edir. Bundan əvvəl Əlirza Ərafi də danışıqların dayandırılmasına və razılaşmanın “başa çatmış hesab edilməsinə” çağırmışdı.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar