SON XƏBƏRLƏR

ABŞ İranın dərinliklərini vurdu

2026.07.16, 09:16
ABŞ İranın dərinliklərini vurdu

ABŞ hücumlarının miqyası cənub sahil bölgələrindən İranın dərinliklərinə yayılıb və son hücumlar zamanı Semnan hava limanı hədəf alınıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, Tehranın 160 kilometr şərqində yerləşən Semnan şəhərinin hava limanının bir hissəsi hava hücumlarına məruz qalıb.

Yerli rəsmilərin sözlərinə görə, hücum zamanı insan tələfatı qeydə alınmayıb.

Eyni zamanda, Mərkəzi əyalətinin strateji Xəndəb şəhəri yaxınlığında da iki hava hücumu baş verib.

IRNA həmçinin bildirib ki, Lorestan əyalətinin mərkəzi Xorrəmabad şəhərində də güclü partlayışlar olub. Bu da CENTCOM hücumlarının İranın dərinliklərinə doğru yayıldığını göstərir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar