SON XƏBƏRLƏR

İran amerikalı məhbusu azad etdi

2026.07.16, 12:49
İran amerikalı məhbusu azad etdi

İran hökuməti 2024-cü ilin dekabr ayında ailəsini görmək üçün İrana səfər etdikdən sonra həbs edilən Amerika-İran ikili vətəndaşlığı olan Dena Kərrarini sərbəst buraxıb

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp İranın bu hərəkətini xoşməramlı addım adlandırıb:

"İran 2024-cü ilin dekabr ayında yuxulu Co Baydenin prezidentliyi dövründə haqsız yerə saxlanılan Amerika vətəndaşının ölkəni tərk etməsinə icazə verib. O, hazırda İrandan kənarda təhlükəsiz şəkildə və yaxşı vəziyyətdədir. ABŞ İranın bu xoşməramlı jestini yüksək qiymətləndirir!”.

Qeyd edək ki, Amerika texnologiya şirkətində işləyən Dena Kərrari, İranda imkansız uşaqlar üçün xeyriyyə təşkilatı qurub.

O, İranda həbs edildikdən sonra barəsində "casusluq" ittihamına görə iş açılıb və istintaq təcridxanasında dindirilib.

Dena Kərrari, bir müddət sonra sərbəst uraxılsa da, pasportu əlindən alınıb və İrandan çıxmasına qadağa qoyulub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar