SON XƏBƏRLƏR

Xameneinin Məşhəddəki məzarı yaxınlığında güclü yanğın olub

2026.07.16, 14:06
Xameneinin Məşhəddəki məzarı yaxınlığında güclü yanğın olub

Bu gün İranın keçmiş rəhbəri Əli Xameneinin dəfn olunduğu Məşhəd şəhərindəki İmam Rza ziyarətgahı kompleksində yanğın olub.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, yanğın ziyarətgah ərazisində yerləşən bitum emalatxanasında başlayıb. Hadisə yerinə ziyarətgahın yanğınsöndürmə qüvvələri və Məşhəd Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. 

Yanğın nəticəsində insan tələfatının olmadığı bildirilib.

Yerli şahidlər yanğının rəsmi məlumatlarda bildiriləndən daha güclü olduğunu və hadisə yerindən sıx tüstü qalxdığını qeyd ediblər.

Qeyri-rəsmi məlumatlar və sosial mediada yanğının məqsədli şəkildə naməlum şəxslər tərəfindən törədildiyi iddia olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar