SON XƏBƏRLƏR

Təbrizdə elektrik kəsintisi- Mühüm stansiya sıradan çıxıb

2026.07.16, 16:26
Təbrizdə elektrik kəsintisi- Mühüm stansiya sıradan çıxıb

Təbriz şəhərinin əhəmiyyətli hissəsinin elektrik enerjisini təmin edən 350 meqavat gücündə istilik elektrik stansiyası sıradan çıxıb.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Bir həftə əvvəl baş verən hadisə nəticəsində stansiyanın sıradan çıxdığı bildirilsə də, hadisənin necəliyi və təfərrüatı barədə məlumat verilməyib.

İran İstilik Enerjisi Şirkətinin baş direktoru Əzim Etimadi faktı təsdiq edib və stansiyanın yaxın günlərdə bərpa ediləcəyini bildirib. 

Təbrizlilər sosial mediada etdikləri paylaşımlarda bu gün günorta saatlarında da şəhərin bir neçə bölgəsində elektrik enerjisi verilişinin yenidən dayandırıldığını qeyd ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar