SON XƏBƏRLƏR

Hörmüz boğazında gəmi hərəkəti davam edir

2026.07.16, 19:24
Hörmüz boğazında gəmi hərəkəti davam edir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Birgə Dəniz Məlumat Mərkəzi son gündəlik bülletenində bildirib ki, Ərəb Körfəzində gərginliyin yüksək səviyyədə qalmasına baxmayaraq, ABŞ-ın dəstəyi ilə Hörmüz boğazından ticarət gəmilərinin hərəkəti davam edir.

Məlumatda qeyd olunur ki, İranla ABŞ arasında yeni qarşıdurmanın başlamasından bəri bölgədə təhlükə səviyyəsi “yüksək” olaraq qiymətləndirilir.

Hesabata əsasən, çərşənbə günü ABŞ-ın dəniz blokadası xəttini keçməyə cəhd edən İrana məxsus boş neft tankeri hədəfə alınıb.

Birgə Dəniz Məlumat Mərkəzi həmçinin bildirib ki, boğazdan keçən gəmilərin sayı əhəmiyyətli dərəcədə azalsa da, ticarət gəmilərinin hərəkəti həm Omana məxsus cənub dəhlizi, həm də İranın istifadə etdiyi dəhliz vasitəsilə davam edir.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar