SON XƏBƏRLƏR

İran AzTV və GünazTV-ni düşmən kanalları siyahısına saldı

2026.07.17, 10:00
İran AzTV və GünazTV-ni düşmən kanalları siyahısına saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının adlarını açıqlayıb.

Gunaz.tv

Bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

Adları açıqlanan media qurumları və fəalları ilə istənilən formada əlaqədə olan, onlara məlumat, mesaj, foto və video göndərən şəxslərin "casusluğa görə cəzanın artırılması haqqında qanunun 4-cü maddəsinə" əsasən ağır cəzalandırılacaqları barədə xəbərdarlıq edilib.

Həmin siyahıya İsrailin bir neçə televizya kanalı, BBC, Amerikanın səsi, Azadlıq radiosu və b. adlarda daxil edilib.

Adları açıqlanan şəxslərlər arasında bir neçə güney azərbaycanlı siyasi və media fəalı ilə yanaşı Azərbaycan Respublikaının AzTV (Azərbaycan Respublikasının Televizyası) və mərkəzi ofoso Amerikada yerləşən GünazTV-nin də (Güney Azərbaycan Televizyası) adlarıı qeyd olunub.

Həmin televizya kanalları ilə hər hansı formada əlaqə və əməkdaşlıda ittiham olunan şəxslərin 2 ildən 5 ilə kimi həbslə cəzalandırılacaqları bildirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar